Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət olaraq, istənilən variantlara hazır olmalıyıq -DEPUTAT

Dövlət olaraq, istənilən variantlara hazır olmalıyıq


"Ermənistanın sürətlə silahlandırılması, təbii ki, sülhə xidmət etmir. Əksinə, müharibə risklərini artırır. Bu isə, o deməkdir ki, Ermənistan baş verənlərdən düzgün nəticə çıxarmamış və regionda geosiyasi maraqlarını güdən, bəzi imperialist güclərin əlində alət rolunu oynamaqdadır".

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev Ermənistanın silahlanmasının regionda hansı təhlükələrə səbəb olacağını şərh edərkən səsləndirib. Millət vəkili deyib ki, digər bir məsələ, Ermənistan dövləti və cəmiyyəti ilə bağlıdır:

"Dövlət müstəqil deyil və ənənəvi xarici siyasət kursunu dəyişdirmək istəyir. Müxtəlif vektorlar arasında vurnuxur. Ancaq, birtərəfli qəti mövqe bildirmək üçün olduqca zəifdir. Nə siyasi, nə hərbi, nə də ki, iqtisadi gücü yoxdur. Cəmiyyətdə isə, çoxlu parçalanmalar, müxtəlif xarici və daxili qüvvələrə xidmət edənlər mövcuddur".

Nəsib Məhəməliyev qeyd edib ki, Ermənistan siyasətində xarici faktorların təsir imkanlarını nəzərə aldıqda, bu ölkənin davranışlarını tam proqnozlaşdırmaq çətindir:

"Ona görə də, biz dövlət olaraq, istənilən variantlara hazır olmalıyıq. Tam əminliklə deyə bilərəm ki, bölgədə baş verən proseslər, Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən diqqətlə izlənilir və adekvat tədbirlər görülür".

Süleyman
Xəbəri paylaş