"Müxtəlif platformalarda aparılan danışıqların nəticə verməməsi göz önündədir. Hər bir platforma digər platformaya alternativ, hətta qarşıdurma məqsədi ilə yaradılıb. Brüssel və ABŞ platformalarında belə geosiyasi maraqları toqquşan Fransa və Almaniya səbəbindən qarşıdurma var. Təbii ki, eyni problemə görə müxtəlif danışıq platfirmalarından nəticə gözləmək mümkün deyil, xüsusən də, bir-birinə əks qütblərin qarşıdurması fonunda".
Bu fikirləri Newscenter.az-a politoloq Azər Qasımov Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması məqsədilə keçirilən Vaşinqton, Brüssel və Moskva platformalarının nəticə verməməsinin səbəblərindən danışarkən səsləndirib. Onun sözlərinə görə, Azərbaycan əslində elan edib ki, onun üçün Azərbaycan-Ermənistan sülh müqaviləsi prioritet məsələ deyil və Qarabağ məsələsi adlı problemi də mövcud deyil:
"Azərbaycan bu problemi özü həll edib. Sülh istəyən varsa, bu məsələyə baxa bilər. İndi sülh müqaviləsi imzalanması üçün aktivliyin olub-olmaması bizi maraqlandırmır. Əslində keçirilən görüşlərin də vaxt uzatmaq məqsədi daşıdığı görünür. Bütün tərəflər zamana oynayırlar. Geosiyasi durumda hansı dəyişikliklərin olacağını gözləyirlər".
Azər Qasımov deyib ki, ikili təmaslarda bəzi məsələlər həll oluna bilər:
"Amma Ermənistan hələ sülhə hazır deyil. Əksinə Ermənistanda separatizm meylləri yenidən baş qaldırır, silahlanma yarışı gedir. Görünən odur ki, Azərbaycan Qərbi Azərbaycanı elan etməyincə ermənilər sakit durmayacaq".
Süleyman