Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan Fransanın tələblərindən daha birini yerinə yetirməyə çalışır

Ermənistan Fransanın tələblərindən daha birini yerinə yetirməyə çalışır


Ermənistan aşkar şəkildə Rusiyaya qarşı addımlar atmağa başlayıb. Nikol Pashinyan / Նիկոլ Փաշինյան Kremlə "Zvartnos" hava limanından rus sərhədçilərini avqustun 1-nə qədər çıxarmaq bardə müraciət edib və bu məlumatı Kreml də təsdiqləyib.

Nəhayət Ermənistan "suveren dövlətə" uyğunlaşmaq adı altında Fransanın tələblərindən daha birini yerinə yetirməyə çalışır.

Amma burada bir neçə nəhəng "əmma" var. Ermənistanın mövcud olmayan sərhəd qoşunlarının qurucusu və keçmiş komandanı general-mayor Levon Stepanyan iddia edir ki, Ermənistanın Türkiyə və İran ilə sərhədi qorumaq üçün resursları mövcud deyil.

İndi general-mayor Levon Stepanyan adlı tərəvəzə bir sualım var:

Əgər Ermənistanın Türkiyə və İran ilə sərhədi qorumaq üçün resursları mövcud deyilsə, o zaman sən hansı qoşunları qurub yaratmısan və nəyin komandanı olmusan?

Göürünən odur ki, məğlub və əzilmiş erməni xalqı və onun rəhbər şəxsləri, hayları qorxutmağa çalışan, Sarkisyanın və Köçəryanın dili ilə danışan general-mayor Levon Stepanyana etibar etməyəcək və Fransanı təlimatı ilə Rusiyanı Ermənistandandan çıxarmaq üçün fəaliyyətlərinə davam edəcəklər.

Rusiya isə Ermənistan sərhədlərindən rahatlıqla çıxıb getmək, öz yerini Fransaya vermək istəməyəcək. Kreml mütləq bu məsələdə maraqlı bir gediş edəcək, bəlkə də eksperimental bir fokusa imza atacaq. Bəlkə də Türkiyə ilə sərhəddə qoruduğu ərazilərə Ankaranı dəvət edəcək. Əslində Türkiyə ərazilərinin bir hissəsi bu gün Ermənistanın nəzarətindədir. Digər tərəfdən isə Azərbaycan-Ermənistan sərhədləri kimi, Türkiyə-Ermənistan sərhədləri də delimitasiya olunmayıb. SSRİ sərhədlərinin isə Ermənistana heç bir aidiyyəti yoxdur, çünki Ermənistan SSRİ-nin hüquqi varisi deyil və olmayıb.

Fransanın Türkiyədən çəkindiyi isə faktdır.

Ədalət Verdiyev-hərbi ekspert
Xəbəri paylaş