Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Gənclərin davamlı məşğulluğunun təminatı” hakatonuna start verilib.
Newscenter.az xəbər verir ki, iki gün davam edəcək hakatonun məqsədi gənclərin məşğulluq imkanlarının genişləndirilməsi, əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin formalaşdırılması istiqamətində yeni innovativ həllərin, dəstək mexanizmlərinin və yeni proqram layihələrinin hazırlanması, gənclər arasında komanda işi və tədqiqat bacarıqlarının artırılmasıdır.
Hakatonun açılış tədbirində Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli gənclərin hərtərəfli inkişafının dövlət gənclər siyasətinin əsas məqsədi olduğunu qeyd edib, gənclərin məşğulluğunun təmin olunması istiqamətində görülən işləri diqqətə çatdırıb. Onların gələcək əmək bazarına hazırlığının xüsusi önəm kəsb etdiyi vurğulanıb.
Gənclər Fondunun İcraşı direktoru vəzifəsini icra edən Qədir Xəlilov iki qurum arasında bir sıra layihələrin icra olunduğunu və həmin layihələrin gənclərin məşğulluğunun təmin olunmasında əhəmiyyətini qeyd edib.
Ümumilikdə hakatonda 11 komanda iştirak edir. Onlar 2 gün əzində “Gənclərin davamlı məşğulluğunun təminatı” mövzusunda layihə hazırlayaraq təqdim etməlidir.
Qaydalara əsasən komandanın hər bir üzvi prosesə cəlb edilməli, təkliflər gənc hədəf kütləsini əhatə etməli və birbaşa qoyulan müvafiq məsələnin həllinə yönəlməli, Bakı şəhərindən kənar şəhər və regionları da əhatə etməli, təklif olunan layihələr yeni olmalıdır.
Prosesin icrasında komandalara Dövlət Məşğulluq Agentliyinin nümayəndələrindən ibarət mentor qrupu dəstək göstərəcək.
Münsiflər heyəti tərəfindən layihələr dəyərləndiriləcək və qaliblərə müxtəlif hədiyyə və sertfikatlar təqdim ediləcək.
Sona