Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstan Azərbaycanla quru sərhədin açılmasını istəyir

Gürcüstan Azərbaycanla quru sərhədin açılmasını istəyir


"Turizmin daha da inkişafı baxımından Azərbaycanla sərhədlərin tamamilə açıq olmasını arzulayırıq. İndiyə qədər qonşu ölkədən və strateji tərəfdaşımızdan çoxlu ziyarətçilərimiz olub və bunun gələcəkdə də davam etməsini istəyirik".

Newscenter.az xəbər verir ki, bu fikirləri Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili deyib. Gürcüstanın Birinci Kanalına verdiyi müsahibədə nazir qeyd edib ki, Azərbaycanın Gürcüstanla quru sərhədlərinin açılması qonşu ölkədən gələnlərin sayının artmasına kömək edəcək.

Qeyd edək ki, bundan əvvəl Gürcüstanın iqtisadiyyat nazirinin müavini Mariam Kvrivişvili bəyan etmişdi ki, Azərbaycan tərəfindən quru sərhədin bağlanması səbəbindən ölkə 1,5 milyondan çox turist itirib və pandemiyadan əvvəlki səviyyəyə qayıda bilməyib. Gürcü rəsmisinin sözlərinə görə, bu da təxminən 400 milyon dollara bərabərdir.

Natiq Orucov
Xəbəri paylaş