Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstan nümayəndə heyəti Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Gürcüstan nümayəndə heyəti Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib


Azərbaycanda səfərdə olan Gürcüstan Parlamentinin Təhsil, elm və gənclər məsələləri üzrə komitəsinin sədri Givi Mikanadzenin başçılıq etdiyi nümayəndə heyəti martın 12-də Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib,abidə önünə tər çiçəklər düzüb.

Newscenter.az xəbər verir ki, sonra nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb. Eyni zamanda, "Əbədi məşəl” abidəsi ziyarət olunub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Süleyman
Xəbəri paylaş