Israil Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlar zamanı təkcə HƏMAS-a bağlı olduğu iddia edilən insanları deyil, eyni zamanda tibb müəssisələrində müalicə alan mülki fələstinlilər, hətta humanitar yardım gözləyən gözləyən çarəsiz insanları da hədəf alır.
Newscenter.az Fələstinin Səhiyyə Nazirliyinə istinadən bildirir ki, İsrail indiyədək Qəzzanın şimalında yardım gözləyən 400-dən çox fələstinlini öldürüb. Bununla yanaşı hərbi əməliyyatların həyata keçirildiyi müddət ərzində təxminən 1300 nəfər humanitar yardım gözləyərəkən açılan atəşlər nəticəsində yaralanıb.
Təkcə bu gün səhər saatlarında İsrail ordusunun Qəzza zolağının şərqində Küveyt qovşağında yardım maşınlarını gözləyən fələstinliləri hədəfə alması nəticəsində 7 nəfər ölüb, 20-dən çox adam yaralanıb.
Mehman Mehdiyev