Məlum olduğu kimi Azərbaycanda karantin rejimi daha bir müddət uzadılıb. Nazirlər Kabinetinin qərarına əsasən iyulun 1-nə qədər ölkədə karantin rejimi qüvvədədir. Bu isə o deməkdir ki, quru sərhədləri iyulun 1-nə qədər bağlı qalacaq.
İqtisadi Təhlil və Qiymətləndirmə Mərkəzindən Newscenter.az-a daxil olan açıqlamada bildirilib ki, karantin rejiminin uzadılması ölkədə turizm sektoruna öz mənfi təsirini göstərəcək. Mərkəz hesab edir ki, Nazirlər Kabineti karantin rejimini uzatsa da, lakin ən azından quru sərhədləri ilə bağlı müəyyən yumşaldıcı addım atmalı idi:
"Xüsusilə, Gürcüstanla bu sahədə zəruri addımların atılmasına ehtiyac vardı. Çünki sərhədlərun bağlanması Gürcüstandan keçməklə Azərbaycana gələn turistlərin sayına kifayət qədər mənfi təsir göstərəcək. Ötən illər ərzindəki statistik göstəricilərə nəzər yetirsək görərik ki, məhz bu səbəbdən biz milyonlarla manat itirmişik".
Natiq Orucov