Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) təlimlərə başlayır.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə məlumatı KTMT-nin baş katibi İmanqali Tasmaqambetov verib.
O bildirib ki, “Sarsılmaz qardaşlıq-2024” adı altında keçirilən təlimlərə qurumun Birləşmiş Qərargah rəisi, general-polkovnik Andrey Serdyukov rəhbərlik edəcək.
Tasmaqambetov qeyd edib ki, təlimin mühüm məqsədlərindən biri böhrana qarşı kollektiv fəaliyyət alqoritminin aydınlaşdırılması və onların effektivliyinin qiymətləndirilməsidir:
"Dünyanın müxtəlif regionlarında köhnə münaqişələr kəskinləşir və yeni gərginlik ocaqlarına, o cümlədən KTMT-nin məsuliyyət sahəsinə səbəb olur. Müasir böhranlar hibrid xarakter daşıyır və onların həlli üçün kompleks yanaşmalara ehtiyac var".
Anar Əliyev