Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Meşədə bilərəkdən yanğın törədən şəxsə 19 il həbs cəzası verildi

Meşədə bilərəkdən yanğın törədən şəxsə 19 il həbs cəzası verildi


Türkiyənin Muğla rayonunun Marmaris bölgəsində bilərəkdən meşə yanğını törədən şəxs barədə məhkəmə qərarı çıxarılıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, məhkəmə müttəhimə 19 il həbs və 190 min lirə pul cəzası verib.

Qeyd edək ki, Muğla rayonunun Marmaris bölgəsinin Yeddi Adalar bölgəsində 21 iyun 2023-cü il tarixində saat 20.02-də başladığı bildirilən meşə yanğını 24 iyunda nəzarətə götürülüb və yanğında 4 min 392,5 hektar meşə sahəsinə ziyan dəyib.

Polis və jandarma qruplarının işi sayəsində yanğını törətdiyi müəyyən edilən S.A. iyunun 23-də yaxalanıb. Siqaretini söndürmədən üç ayrı yerə atdığını və meşəni yandırmaq istədiyi üçün meşə yanğınına səbəb olduğunu etiraf edən şübhəli həbs edilib.

Mehman Mehdiyev
Xəbəri paylaş