İsrailin Qəzzaya qarşı həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində həlak olanların sayı 31 mini keçib.
Newscenter.az Fələstin Səhiyyə Nazirliyinə istinadən bildirir ki, təkcə son 24 saat ərzində 72 nəfər fələstinli qətlə yetirilib. Bununla da Qəzzada hərbi əməliyyatların başladığı 158 gün ərzində həlak olanların sayı 31 min 184-ə yüksəlib.
Bu müddət ərzində Qəzza zolağında yaralananların ümumi sayı isə 72 min 889 nəfər olub. Məlumata görə, təkcə İsrailin hücumları deyil, aclıq və susuzluqdan da həlak olanlar kifayət qədərdir. Bu müddət ərzində 27 nəfər məhz aclıq və susuzluqdan dünyasını dəyişib.
Mehman Mehdiyev