Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğan İraqa gedəcək

Ərdoğan İraqa gedəcək


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprel ayı ərzində İraqa səfər edəcək.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bunu xarici işlər nazirinin müavini Əhməd Yıldız deyib. Səfər zamanı Türkiyə prezidentinin İraqda bir sıra görüşlər keçirəcəyini deyən Əhməd Yıldız, "Planlaşdırma və hazırlıqlara görə, səfər (Prezident Ərdoğan) aprelin sonuna qədər olacaq. Mən prezidentimizin son səfəri zamanı 2012-ci ildə baş nazir olarkən burada olmuşam. Bu illər ərzində o qədər də çox dövlət səfəri olmadı. İndi bu səfərin vaxtıdır",-deyə bildirib.

Qeyd edək ki, Əhməd Yıldız bu gün İraqa səfər edib. O, Yunus Əmrə Bağdad Mədəniyyət Mərkəzi ilə yanaşı Türkiyənin Bağdaddakı səfirliyini də ziyarət edib.

Anar Əliyev
Xəbəri paylaş