Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Səbinə Xasayeva Puta qəsəbəsində vətəndaşları qəbul edib

Səbinə Xasayeva Puta qəsəbəsində vətəndaşları qəbul edib


12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva martın 12-də Qaradağ rayonun Puta bələdiyyəsinin inzibati binasında qəbul etdiyi bir qrup vətəndaşın problemlərini dinləyib.

Newscenter.az xəbər verir ki, qəbula gələnlər qəsəbədə fərdi evlərin sənədləşdirilməsinə, məhəllədaxili yollara asfalt örtüyünün çəkilməsinin və işıqlandırılmasınin başa çatdırılmasına, ABB və ya "Kapital Bank"a məxsus bankomatların quraşdırılmasına, qəsəbədə sayı artmış sahibsiz itlərin yığışdırılmasına, müvafiq sığınacaqlarda saxlanılmasına, quduzluğa, insan həyatı üçün təhlükəli olan digər xəstəliklərə qarşı peyvənd edilməsinə, müharibə veteranı adının verilməsinə, işsizliyə görə ünvanlı dövlət sosial yardım (ÜDSY) almaq hüququnun təyin edilməsinə,vətəndaşların özünüməşğulluq proqramıçərçivəsində təşkil edilən peşə kurslarına cəlb edilmələrinə, işə qəbul olunmalarına, əhali arasında hüquq təbliğatının gücləndirilməsinə, qəsəbədə kanalizasiya şəbəkəsinin yenidən qurulmasına və yeni yaşayış massivində kanalizasiya xətlərinin əsas xəttə birləşdirilməsinə və digər problemlərin aradan qaldırılmasına köməklik göstərilməsini xahiş ediblər.

Qəbul zamanı vətəndaşların səsləndirdikləri təklif və şikayətlər araşdırılması və həll edilməsi üçün qeydə alınıb, nəzarətə götürülərək həll edilməsi üçün müvafiq qurumlara göndərilib.

Seçicilər onlara göstərilən diqqətə, səmimi qəbula görə minnətdarlıqlarını ifadə edib, onları narahat edən məsələlərin tezliklə öz həllini tapacağına əminliklərini bildiriblər

Qəbulda Qaradağ Rayon İcra Hakimiyyəti başçisinin Puta qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ayaz Dünyamalıyev və Qaradağ rayon Puta bələdiyyəsinin sədri Emin Ramazanlı iştirak ediblər.



Süleyman
Xəbəri paylaş