Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tehran rejimi uzun illərdir ki, Ermənistanı dəstəkləyir

Tehran rejimi uzun illərdir ki, Ermənistanı dəstəkləyir


İranın qeyri-səmimi münasibəti və Ermənistanı müdafiə xarakterli addımları davam edir. Bu günlərdə İranda səfərdə olan Ermənistanın müdafiə naziri ilə keçirilən görüşlərdə iranlı rəsmilərin səsləndirdikləri açıqlamalar belə deməyə əsas verir.

Tehranın bu mövqeyi barədə fikirlərini bölüşən politoloq Məhəmməd Əsədullazadə Newscenter.az-a deyib ki, Tehran rejimi uzun illər Ermənistanı Azərbaycana qarşı dəstəkləyir. Zəngəzurda konsulluq açmaqla bunu həyata keçirdi:

"Hazırda Ermənistan İran əleyhinə Qərblə eyni cəbhədə yer almağa çalışır. N. Paşinyan hakimiyyəti Ermənistanda öz imkanlarını səfərbər edən Qərbin fəaliyyətini İrana deyil, Türkiyə və Azərbaycana qarşı olduğunu İran rəsmilərini inandırmağa çalışır. Yerevandan Tehrana səfər edən yüksək çinli rəsmilərə Tehran xəbərdarlıqla kifayətlənir".

Politoloq deyib ki, Ermənistanın uzun illər əsas strateji müttəfiqi olan Rusiyanı necə pat vəziyyətdə qoyduğunu Tehranda yaxşı görürlər.

Süleyman
Xəbəri paylaş