Türkiyə bələdiyyə seçkiləri ərəfəsindədir. Bir neçə seçkidə Ankara və İstanbul kimi şəhərlərdə müxalifətə məğlub olan AKP-nin bu dəfə hər iki şəhərdə üstünlüyü ələ almağa çalışdığı göz önündədir. Bəs görəsən müxalifət seçkiyə necə hazırlaşır və iri şəhərlərdə həmişəki kimi qalib ola biləcəkmi?
Newscenter.az-ın xəbərinə görə, politoloq Pərviz Əliyev deyib ki, müxalifət prezidentlik seçimlərində aldığı ağır məğlubiyyətdən sonra "ağıllanar" deyə düşünürdü, lakin bunun tam əksidir:
"Ərdoğanın və AKP"nin təmsilçisi Murat Kurumun açıqlamaları var, ancaq onlara toxunmadan müxalif partiya sədrlərinin çıxışları üzərindən təhlil apararaq müxalif cəbhənin nə qədər rəzil durumda olduqlarını göstərmək istəyirəm. İlk öncə İYİ partiyadan başlayaq. Artıq neçə həftədir partiya çalxalanır, bir sıra millət vəkilləri partiyanı tərk edir və tərk edərkən mərkəzi ən ağır suçlamalar ilə tənqid edirlər. Üstəlik partiyada para/pul münasibətlərinin olduğu meydana çıxdı ki, bu hadisə seçimlər öncəsi partiyanın olmayan imicinə üst-üstə zərbələr vurdu.
Ayrıca seçki fəaliyyətləri çərçivəsində partiyasının Mamak Bələdiyyə Başçı namizədi Hüseyn Bayındır ilə birlikdə Mamakda əsnafları ziyarət zamanı seçicilər ilə görüşündə CHP ilə ittifaqdan ayrıldınız, seçimə niyə ayrı girirsiniz sualına sərt reaksiya verən Meral xanım: "Gidin CHP"ye oy verin o zaman, bize oy vermeyin kardeşim" deməsi, partiyanın təmamilə reallıqdan uzaq, siyasi vizyondan yoxsun və iflic olduğunu göstərir. Meral xanım üzərindəki 6-lı Masanı dağıdan, Kılıçdaroğlunun məğlub olmasının ən böyük səbəbkarı imajını dağıtmaq yerinə, müxalifətə müxalifətlik etməyə çalışır. Yerli seçkilərə gedərkən müxalifət səmimi olaraq gerçəkdəndə Ərdoğan və AKP partiyasının bələdiyyə strukturlarındakı gücünü qırmaq istəyirlərsə, müxalifətin birbirini suçlaması deyil, tam tərsi seçimlərdə iş birliyinə getməsi doğru yol olar. Təəssüflər olsun ki, hər biri halhazırda ölkənin, millətin dərdini deyil, karyerist siyasətin dərdindədirlər".
Politoloq deyib ki, Kılıçdaroğlu yenidən siyasətə gələcəyinin siqnallarını artıq verməyə başlayıb. Kulis xəbərlərinə görə 31 mart seçimlərindən sonra 1 apreldən etibarən CHP daxilindəki köhnə qvardiya ilə başkanlığa geri dönmə planlarını işə salacaqlar. Bu isə müxalifətin köhnə taktikasıdır.
Anar Əliyev