ADY işçilərin təhlükəsizliyinin təmin edilməsi üçün mövcud fərdi mühafizə vasitələrini təkmilləşdirərək beynəlxalq “Rail Industry Standards” (RIS3279) tələblərinə uyğunlaşdırır.
Newscenter.az quruma istinadən xəbər verir ki, bu məqsədlə işçilərin yeni fərdi mühafizə vasitələri – əlcək, eynək və digər vasitələrlə təmin olunması prosesinə start verilib.
ADY-nin xidmət sahələrində sağlamlıq, əməyin mühafizəsi və təhlükəsizliyi standartı üzrə beynəlxalq ISO 45001 İş Sağlamlığı və Təhlükəsizliyi İdarəetmə Sisteminin və ISO 14001 Ətraf Mühitin İdarəetmə Sisteminin tələbləri üzrə sistem quruculuğu uğurla davam etdirilir, sağlam və təhlükəsiz iş şəraitinin təmin olunması, habelə işçilərin sağlamlıq və təhlükəsizliyinin qorunması məqsədilə daha effektiv tədbirlər həyata keçirilir.
Süleyman