Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünyada nə qədər nüvə başlığı var?

Dünyada nə qədər nüvə başlığı var?


Hazırda dünyada 12512 nüvə başlığı var.

Newscenter.az xəbər verir ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatında bu öz əksini tapıb.

Məlumata görə, Rusiya 5 min 889 nüvə başlığı ilə nüvə gücünə malik ölkələr arasında birinci yerdədir. Rusiyadan sonrakı yeri 5244 nüvə başlığı ilə ABŞ və 410 nüvə başlığı ilə Çin tutur.

Fransada nüvə başlığının sayı 290, İngiltərədə 225, Pakistanda 170, Hindistanda 164, İsraildə 90, Şimali Koreyada isə 30 ədəddir.

Məlumata görə, dünya üzrə nüvə silahlarına investisiyalar 2019-cu ildə 72,9 milyard dollar, 2020-ci ildə 72,6 milyard dollar, 2021-ci ildə 82,4 milyard dollar, 2022-ci ildə isə 82,9 milyard dollar təşkil edib. 4 ildə investisiyaların 10 milyard dollar artması diqqət çəkib.

Mehman Mehdiyev
Xəbəri paylaş