Google Maps tərəfindən ciddi xətaya yol verilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, İstanbuldakı su ilə dolu tikinti sahəsi Google Maps tərəfindən göl kimi göstərilib.
Məlumat üçün qeyd edək ki, İstanbulun Kadıköy bölgəsində bir ərazidə qazıntı və təməlqoyma işlərindən sonra tikinti işləri dayandırılıb. Təxminən 5 il əvvəl başlayan tikinti, təməl qazıntıları hələ də tamamlanmayıb.
Xəritələri yeniləyən Google Maps proqramında su ilə dolu çuxur göl kimi təsbit edilib.
Anar Əliyev