2024-cü ilin fevral ayında respublikada gündəlik neft (kondensatla birlikdə) hasilatı 598 min barrel olub.
Newscenter.az Energetika Nazirliyinə istinadən bildirir ki, bunun 476 min barrelini xam neft, 122 min barrelini isə kondensat təşkil edib.
Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barrel təşkil edir.
Süleyman