Ukrayna Silahlı Qüvvələri son sutkada pilotsuz uçuş aparatları ilə Rusiyanın 3 neft emalı zavodunu vurub.
Newscenter.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.
Bildirilib ki, Ryazan, Nijni Novqorod və Leninqrad vilayətlərindəki zavodlara hücum olunub.
Hücumları Ukrayna təhlükəsizlik xidmətinin təşkil etdiyi vurğulanıb.
Məlumata görə, həmçinin Rusiya Hərbi Hava Qüvvələrinin hərbi bazalarından biri və Voronejdəki hərbi aerodromuna da hücum olub.(report)