Vergi Xidmətinə dair müəyyən dəyişikliklər olacağı haqda məlumatlar yayılır.
Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı iqtisadçı Eldəniz Əmirov deyib ki, bunlar arasında heç bir müsbət və ya mənfi təsiri olmayacaq məsələ, Vergi Xidmətinə qəbul zamanı and içmə prosesilə bağlıdır:
"Ümumiyyətlə, hansı xidmət sahəsini göstərmək olar ki, orda and içmək effektiv olub? And işə yarasaydı, həkimlərdə bunu görərdik?
Vicdanlı insan andsız da vicdanlıdır, vicdansız insana isə nə and təsir edər, nə inanc.
O ki qaldı, Vergi sisteminə, bu sistemə həftədə 8 dəfə dəyişdirilən Vergi Məcəlləsi yox, statik məcəllə lazımdır. Ki, yerli sahibkar da, xarici investor da uzun müddətli strategiya hazırlayıb investisiya qoysun. Amma hazırkı şəraitdə investisiya mühitini ən çox baltalayan səbəblərdən biri Vergi Məcəlləsinin dayanıqsızllğıdır. Bu qədər dəyişikliyə görə heç bir investor 10 il sonrakı hədəfini qurub investisiya yatıra bilmir, yəni risk etmir. Böyük investisiyalar biznes çıxarlarının dinamikasını təxmini də olsa proznoz edilməsini tələb edir".
İqtisadçı hesab edir ki, ona görə də yeni məcəllə qəbul edilməklə yanaşı onun neçə il (?) dəyişilməyəcəyinə dair rəsmi bəyanatın da verilməsinə ehtiyac vardı.
Anar Əliyev