Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ADU-nun əməkdaşları Ege Universitetində Təcrübə Mübadilə Proqramında iştirak edirlər

ADU-nun əməkdaşları Ege Universitetində Təcrübə Mübadilə Proqramında iştirak edirlər


Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının müdiri dos.N.Zeynalova və bir qrup müəllim heyəti Türkiyə Cümhuriyyətinin Ege Universitetində Təcrübə Mübadilə Proqramında iştirak edirlər.

Newscenter.az təhsil ocağına istinadən xəbər verir ki, roqramın ikinci gününün birinci yarısında ölkəmizi təmsil edən müəllim heyəti Türkiyə Cümhuriyyətinin Ege Universiteti Anaokulunda Okul Müdürü Uzm. Burcu Karakaṣ və Eğitim Fakültəsi dekan yardımcısı Doç. Dr. Sibel Sönmez ilə görüşmüş, təlim, tərbiyə prosesinin müşahidəsini həyata keçirmiş, tədris planlarının hazırlanması, məşğələlərin təşkili, məktəbəqədər müəssisələrdə kadr hazırlığı, zəruri kompetensiyaların mənimsənilməsi və s. mövzularda müzakirələr aparmışlar.

Proqramın ikinci gününün ikinci yarısında Türkiyə Cümhuriyyətinin dövlət və özəl bağçalarına ziyarət təmin edilmiş, İzmir-Karşıkaya Atakent Aysel Salih Baysak Anaokulunda idarə heyəti ilə görüşlər keçirilmiş, təlim-tərbiyə prosesi izlənilmişdir.

Ölkəmizi təmsil edən müəllim heyəti həmçinin bu məktəbəqədər təhsil müəssisəsinin iş təcrübəsi ilə tanış olmuş, yerli bağçaların fəaliyyət prinsipləri ilə müqayisələr aparmışlar.

Süleyman
Xəbəri paylaş