2023-cü ildə işğaldan azad olunmuş ərazilərdə aşkarlanaraq məhv edilən narkotik xassəli bitkilərin ümumi miqdarı məlum olub.
Newscenter.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2023-cü il üzrə hesabatında qeyd olunub.
Hesabata əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələri tərəfindən yerli polis şöbələri ilə birlikdə Laçın rayonunda 18427 ədəd, Kəlbəcər rayonunda 3212 ədəd, Qubadlı rayonunda 1677 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə kolu aşkarlanaraq məhv edilib.
Həmçinin, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aidiyyəti mütəxəssislərin iştirakı ilə Zəngilan rayonunda 20630 ədəd, Xocavənd rayonunda 11144 ədəd, Füzuli rayonunda 4665 ədəd, Xocalı rayonunda 2168 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə kolu aşkar olunaraq aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə məhv edilib.
Mehman Mehdiyev