Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası adını dəyişəcək. Bu barədə məlumatı Newscenter.az-a partiya sədrinin müşaviri Azər Qasımov verib. O bildirib ki, bu məqsədlə partiyasının növbədənkənar qurultayı keçiriləcək:
"Biz, partiyamızın adının dəyişilməsi üçün martın 16-da növbədənkənar qurultaya gedirik. Partiyanın adı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından (BAXCP-dən) Ədalət, Hüquq, Demokratiya (ƏHD) olaraq dəyişdiriləcək".
.Azər Qasımov bildirib ki, bundan sonra partiya seçkilərdə ƏHD olaraq iştirak edəcək.
Süleyman