Martın 31-də Türkiyədə keçiriləcək bələdiyyə seçkilərində 1 milyon 32 min 610 gənc ilk dəfə səsvermə prosesində iştirak edəcək.
Newscenter.az xəbər verir ki, bu barədə Türkiyənin Məərkəzi Seçki Qurumu məlumat yayıb. Bildirilib ki, seçici siyahıları fevralın 7-dən etibarən dəqiqləşdirilib.
Məlumata görə, Türkiyədə ümumilikdə 61 milyon 441 min 882 seçici var. Seçicilərin 50,59 faizini qadınlar, 49,41 faizini isə kişilər təşkil edir.
Qeyd edək ki, 2023-cü il mayın 28-də keçirilən Prezident seçkilərində ölkədə seçicilərin sayı 60 milyon 771 min 236 nəfər olub.
Mehman Mehdiyev