"Azərbaycan prezidenti İlham Əliyevin himayəsi altında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Parçalanmış dünyanın bərpası" mövzusunda 11-ci Qlobal Bakı Forumu işə başlayıb. Forumun əhəmiyyəti çox böyükdür və xüsusilə də indiki vaxtda seçilmiş mövzu sözün həqiqi mənasında dünyanı narahat edən məsələləri özündə ifadə edir".
Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, Foruma dünyanın hər yerindən tanınmış siyasətçilər və dövlət adamları qatılıb və dünyanın ən tanınmış liderləri foruma məktəb göndərib:
"Əslində ölkəmizə yaraşan bir forum olduğunu xüsusi qeyd etmək lazımdır. Çünki, biz də ölkə və xalq olaraq dünyanı bərbad hala salanlara qarşı mubarizə aparırıq. Bu gün Ukraynada və xüsusilə də Qəzza zolağında baş verənlər deməyə əsas verir ki, bu kimi mövzularda keçirilən beynəlxalq tədbirlərin faydası var. Bizim ölkə bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edir. Qlobal Bakı Forumunun ancaq xüsusi yeri olduğunu qeyd etmək istəyirəm. Çünki, bu tədbir bir daha sübut edir və göstərir ki, Azərbaycan sülh tərəfdarıdır və Azərbaycan Cənubi Qafqazda sabitliyin təmin olunması istiqamətində bütün zəruri tədbirləri həyata keçirməyə çalışır".
Anar Əliyev