Paytaxtda yeni ümumtəhsil məktəblərinin tikintisinə ehtiyac var.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Eldar Quliyev səsləndirib. Millət vəkili bunu paytaxt məktəblərində olan şagird sıxlığı ilə əlaqələndirib:
"Bakıdakı bir çox məktəblərdə şagird sıxlığı mövcuddur ki, bu da istər-istəməz tədris prosesinə öz mənfi təsirini göstərir. Ona görə də yeni məktəb binaları tikilməlidir".
Eldar Quliyev hökumətə müraciət edib ki, yeni məktəb binalarının tikintisi üçün Elm və Təhsil Nazirliyinə vəsait ayırılsın.
Süleyman