Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Belə işlərin arxasında müsəlman ölkələrinə qarşı antipatiya siyasəti dayanır

Belə işlərin arxasında müsəlman ölkələrinə qarşı antipatiya siyasəti dayanır


Almaniyada "Bayer 04" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda komandamıza qarşı olan haqsız münasibət, hakum qərəzi cəmiyyətdə ciddi etiraza səbəb olub. Əksəriyyət bunu birmənalı olaraq türk, müsəlman ölkələrinə qarşı olan antipatiya ilə əlaqələndirib.

Newscenter.az-ın xəbərinə görə, siyasi ekspert Çingiz Şahbazi də bu qənaətdədir. O bildirib ki, belə işlərin arxasında müsəlman ölkələrinə qarşı antipatiya siyasəti var:

"Hər zaman bu kimi halların qardaş Türkiyə futbol klublarının timsalında şahidi olmuşuq. Bu da o siyasətin bir epizodu kimi futbol tarixinə yazıldı. Yersiz qırmızı kart və bunun səbəbi kimi son dəqiqələrdə Qarabağ futbolçularının tam şəkildə yorulması səbəbiylə vaxtın çox artırılması və ondan da artıq qol vurana qədər artırılması, bütün bu proseslər Qarabağa qarşı ədalətsizliyə yol açdı və çirkin niyyətlərinə nail oldular. Qarabağ isə 10-nəfər ilə hətta rəqib meydanında qol belə vura bildi".

Anar Əliyev
Xəbəri paylaş