Son aylar Çinin daxili siyasətində cərəyan edilən proseslər, həyata keçirilən kadr islahatları bu ölkə ilə bağlı müxtəlif versiyaların gündəmə gəlməsinə səbəb olub.
Newscenter.az-ın xəbərinə görə, Çində baş verənlərlə bağlı fikirlərini ifadə edən politoloq Pərviz Əliyev deyib ki,0 Çin Xalq Respublikasının Dövlət Şurası xarici işlər nazirinin yeni müavinini təyin edib:
"Bu posta 1988-ci ildən Xarici İşlər Nazirliyində işləyən, Çinin Səudiyyə Ərəbistanı, İordaniya, Böyük Britaniya, İraq, Sinqapur səfiri işləyən, 2010-cu ildən 2015-ci ilə qədər Xarici İşlər Nazirliyinin Qərbi Asiya və Şimali Afrika Departamentinin direktoru vəzifəsində çalışan və Şanxay Klanının üzvü Çen Syaodan təyin edilib. Çen bir başa Van İ"nin PATRONAJLIĞI altındadır.
Tərəqqi və innovasiyalara olan həvəsi ilə tanınan Çen Syaodan nazirliyin komandasının mühüm üzvü olacaq və qarşıdakı illərdə ölkənin xarici siyasət strategiyasının formalaşmasında əsas rol oynayacaq. Onun təyinatı onu da göstərir ki, Çin beynəlxalq münasibətlərdə fəal iştirakını davam etdirir və dünya miqyasında öz mövqeyini möhkəmləndirməyə çalışır. Bu təyinat Çinin Yaxın Şərq, Asiya və Afrika siyasətinin yeni dövrünə qədəm qoyacağını göstərir".
Politoloq deyib ki, daxili siyasət üçün isə Şanxayçıların və birbaşa Van İ"nin uğuru adlandırmaq olar. 3-cü Plenuma qədər XİN Nazirliyi bütövlükdə Şanxayçıların və Van İ məktəbinin davamçılarının əlində cəmlənir. Beləliklə Çin tarixində Cjou Enlaydan sonra xarici siyasət ikinci dəfədir ki TƏK ADAMIN kurasiyasındadır.
Anar Əliyev