Meksikada kütlıəvi məzarlıq aşkar edilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Meksikanın Miçoakan əyalətində gizli çuxurda aparılan qazıntılar nəticəsində 132 nəfərə məxsus sümüklər aşkar edilib.
Xəbərə görə, məzarlıq əyalətin Takambaro qəsəbəsindəki çöl ərazidə aparılan qazıntı işləri zamanı tapılıb.
Aşkar edilən sümüklər ölkənin Ədliyyə Tibb Mərkəzinə aparılıb. Onların şəxsiyyətinin müəyyənləşdirilməsi işlərinə başlanılın.
Dövlət Prokurorluğundan verilən açıqlamada ərazidə qazıntı işlərinin davam etdiriləcəyi bildirilib.
Anar Əliyev