Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Komitəsində BMqT nümayəndələri ilə görüş keçirilib

Dövlət Komitəsində BMqT nümayəndələri ilə görüş keçirilib



Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Əməlliyatlar üzrə Baş Direktorunun müavini xanım Uqoçi Danils ilə görüşüb.

Newscenter.az xəbər verir ki, görüşdə həmçinin BMqT-nin Azərbaycandakı nümayəndəliyinin müvəqqəti rəhbəri Amr Taha, BMqT-nin İqlim Fəaliyyəti departamentinin direktoru Rania Şarşr, kommunikasiya üzrə məsul şəxs Tatia Xubulava da iştirak ediblər.

Dövlət Komitəsinin fəaliyyət istiqamətləri, o cümlədən Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər, işğaldan azad edilmiş ərazilərdə bərpa olunan və yenidən tikilən yaşayış məntəqələrinə köçürülmənin mövcud vəziyyəti, qaçqınların və keçmiş məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı görülən işlər barədə qonaqlara ətraflı məlumat verilib.

Bildirilib ki, qaçqınlar və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin qayıdış prosesinin səmərəli təşkili Prezident İlham Əliyevin sosial siyasətnin prioritetləri arasında mühüm yer tutur. Bu kateqoriyadan olan şəxslərlə bağlı məsələlərə Birinci vitse-prezident Mehriban xanım Əliyeva da xüsusi qayğı göstərir, onların həyat şəraitinin yaxşılaşdırılması üzrə tədbirlərin icrasını daim diqqətdə saxlayır.

Diqqətə çatdırılıb ki, Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji zonaları”nın yaradılmasını bərpa-quruculuq prosesinin prioritet istqamətlərdən biri kimi müəyyənləşdirib.

Xanım Uqoçi Danils səmimi qəbul üçün minnətdarlıq bildirib. Təşkilatın daxili miqrasiya sahəsində qazanılmış beynəlxalq təcrübəni bölüşməyə, icma quruculuğu və məşğulluq məsələrinə dəstək verməyə, həmçinin işğaldan azad edilmiş ərazilərin yaşıl zonaya çevrilməsində əməkdaşlıq etməyə hazır olduğu bildirilib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, əməkdaşlıq perspektivləri dəyərləndirilib.

Süleyman
Xəbəri paylaş