Azərbaycan artıq dünyada beynəlxalq tədbirlərin uğurla keçirilə bildiyi bir məkan kimi tanınır. Son onillikdə ölkəmizin paytaxtında keçirilmiş beynəlxalq tədbirlərin sırasına nəzər salsaq, maraqlı bir mənzərənin şahidi olarıq.
Bəs belə tədbirlərin ölkəmizdə, onun paytaxtı Bakı şəhərində keçirilməsi bizə nə verir? İlk növbədə Azərbaycan bu platformalardan məharətlə yaralanıb, öz həqiqətlərini bütün dünyaya çatdıra bilir. Bu tədbirlər vasitəsilə bizi sevməyən və bizə düşmən olan qüvvələrin dünyanın ayrı-ayrı yerlərində ölkəmiz, xalqımız barəsində yaratmaq istədikləri neqativ fikirlər alt-üst olur – bura gələn insanlar Azərbaycanı və azərbaycanlıları daha yaxından tanıdıqdan sonra, yanlış təbliğatlar vasitəsilə onlara aşılanmış neqativ baxışlar pozitiv baxışlarla əvəzlənir. Tədbirin keçirilməsindən sonra geriyə qayıdan insanlar öz ölkələrində əhatələrində olanlara Azərbaycan və azərbaycanlılar haqqında gerçəkləri çatdıraraq ölkəmiz və millətimiz haqqında müsbət fikirlər formalaşdırırlar.
Son 20 ildə bu Platformalardan istifadə edərək biz Qarabağ həqiqətlərimizi bütün dünyay çatdırdıq. Erməni vəhşiliyinin bütün dünyaya çılpaqlığı ilə çatdırılmasında ölkəmizdə keçirilən tədbirlərin rolu az olmadı. Baxın, bu illər ərzində keçirilən beynəlxalq tədbirlərin xətti ilə bura gələn hər kəs bu münaqişədə kimin haqlı və kimin haqsız və işğalçı olduğuna inanıb geri dönürdü. Bütün imklanlar dairəsində Azərbaycana gəlmiş qonaqlara Ermənilərin törətdikləri vəhşiliklərin barəsində həqiqətlər çatdırılırdı. Hesab edirəm ki, 44 günlük haqq savaşımızda Fransa kimi sərsəm işğalçı dövlətin başında dayanan səriştəsiz siyasətçi E.Makrondan başqa heç bir dövlətin başçısı bizə bununla bağlı etiraz edə bilmədi.
Biz bu gün də dünyanın ən nüfuzlu tədbirlərini ölkəmizdə məmuniyyətlə keçiririk. Bu ilin sonunda COB29 kimi böyük bir tədbirin burada keçirilməsi o deməkdir ki, tədbirin keçirildiyi günlərdə bütün dünyanın gözü Azərbaycanda və onun paytaxtı Bakıda olacaqdır.
Bu günlərdə Bakıda, Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu da sıradan olan bir tədbir deyil. Öz miqyasına görə bu tədbir Prezident İlham Əliyevin dediyi kimi Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq Forumlarla bir cərgədədir. Forum artıq neçənci dəfədir ki, Bakıda keçirilir. Lakin bu dəfə iştirakçıların sayı rekord həddədir, Forumda 68 ölkədən 400-dən çox qonaq iştirak edib. Bir sözlə, bu dəfə keçirilən Forumda həm iştirakçıları sayı və həm də coğrafiyası kigayət qədər genişlənib. Forumda 40 artıq ölkənin hazırki və keçmiş dövlət başçılarının iştirak etməsi onun əhəmiyyətini və nüfuzunu daha da artırır. Azərbaycan gələcəkdə də belə beynəlxalq tədbirlərin keçirilməsinin ən uyğun məkanı kimi söz sahibi olacaq.
Fikrət Yusifov, iqtisad elmləri doktoru,
professor
Newscenter.az üçün