Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransa Rusiya-Ukrayna müharibəsinə qoşulur?

Fransa Rusiya-Ukrayna müharibəsinə qoşulur?


Fransanın antiRusiya siyasəti özünü daha qabarıq şəkildə büruzə verir. Ermənistan üzərindən Rusiyaya təzyiq etməyi nəzərdə tutan Paris hələ ki, real müsbət nəticə əldə edə bilmədiyindən indi daha çox Ukrayna üzərindən Moskvaya ciddi təsir götərməyi düşünür. Hətta Rusiyanın Ukrayna tərəfindən Rusiyaya qarşı döyüşəcəyi də söylənilir.

Newscenter.az-ın xəbərinə görə, baş verənlərlə bağlı fikirlərini ifadə edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Rusiyaya qarşı Fransa yeni koalisiya qurmaq istiqamətində Avropa ölkələri ilə intensiv danışıqlar aparır:

"Avrozonada Fransa liderliyi ələ almaq və Avropa İttifaqının qoşunlarının yaradılması istiqamətində planlar hazırlayır. Fransa prezidenti E. Makaron Rusiyaya qarşı kəskin mövqe ortaya qoymaqla, Fransa qoşunlarınnın Ukraynaya göndərilməsinin vacib olduğunu qeyd edib".

Politoloq deyib ki, ABŞ və Böyük Britaniyanın Ukraynaya tam dəstək verməməsindən istifadə edərək boşalan yeri doldorumağı fürsət bilən E. Makaronun hazırkı siyasəti Kremli ciddi narahat edir:

"Ümumiyyətlə, Fransanın Rusiyaya qarşı Ukraynada müharibədə iştirak etməsi, Avropanı səfərbər etməsi Rusiyanın məğlubiyyəti ilə nəticələ bilər. Ukrayna müharibəsində Fransa yer alarsa, NATO parçalanacaq və Avropa İttifaqının yeni ordusu yaradılacaq".

Süleyman
Xəbəri paylaş