Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fırıldaqçılar ölkədən külli miqdarda vəsait çıxarmağa nail olublar

Fırıldaqçılar ölkədən külli miqdarda vəsait çıxarmağa nail olublar


Kibercinayətkarlar, eləcə də müxtəlif mobil telefonlarla vətəndaşlara zəng edərək onlara müxtəlif şirnikləşdirici vədlər verən fırıldaqçılar bu yolla ölkədən külli miqdarda vəsait çıxarmağa nail olublar.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Baş verən neqativ hallara rəğmən internet dələduzluğuna qarşı mübarizənin xüsusi nəzarətdə olduğunu bildirən nazirlik, "Görülən işlər sayəsində fırıldaqçıların istifadə etdiyi mobil nömrələrdən 44 milyondan çox xarici zəng bloklanıb. Bu, zərərçəkənlərin sayını 2,5 dəfə azaltmağa imkan verib", -deyə bildirib.

Nazirlik bildirib ki, polis əməkdaşları banklar və mobil operatorlarla sıx əməkdaşlıq edir. Ölkədən çıxarılmalı olan təxminən 246 milyon tenge bloklanıb, 850 milyon tenge məbləğində dəymiş ziyan ödənilib.

Natiq Orucov
Xəbəri paylaş