Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Məktəbli Könüllü” Proqramı təqdim edilib

“Məktəbli Könüllü” Proqramı təqdim edilib



“Məktəbli Könüllü” Proqramı təqdim edilib.

Newscenter.az xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin sədr müavini Orxan Abbasov, “Bir Könüllü” Tələbə Təşkilatının rəhbəri Leyla Zeynalova, Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova çıxış edib.

Bildirilib ki, “Məktəbli Könüllü” Proqramı “Bir Könüllü” Tələbə Təşkilatının təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ictimai fəal və sosial məsuliyyətli məktəbli profilinin formalaşdırılması məqsədilə 8, 9, 10 və 11-ci sinif şagirdlərini əhatə edən xüsusi bir proqramdır.

Proqramın hədəflərinə məktəblilərin asudə vaxtının səmərəli təşkili, onlarda müsbət sosial davranışların formalaşdırılması, zərərli vərdişlərə yönəlmələrinin qarşısının alınması, məktəblilərin liderlik, təşəbbüskarlıq və kreativ düşüncə, ictimai vəkillik kimi yumşaq bacarıqlarının gücləndirilməsi, məktəbdaxili nizam-intizam qaydalarına riayət edən, akademik göstəriciləri yüksək olan, aktiv sosial fəaliyyətləri və vətənpərvərlik keyfiyyətləri ilə digər məktəblilərə örnək təşkil edəcək gənc nəslin formalaşdırılması; məktəblilərin şəxsi inkişaflarına töhfə verərək onların gələcək karyera istiqamətləri barədə müəyyən fikirlər formalaşdırmaqlarına və düzgün seçim edə bilmələrinə yardım edilməsi və digər bu kimi məsələlər daxildir.

Bu günə qədər “Məktəbli Könüllü” Proqramına ümumilikdə 1000-dən çox müraciət daxil olub. Qeydiyyat prosesini uğurla tamamlayan 750 şagird müsahibəyə dəvət edilib, onlardan artıq 350 nəfəri proqram üzvlüyü haqqı qazanıb.

Qeyd edək ki, müraciət prosesi aprelin 1-dən etibarən yenidən açıq elan olunacaq.

Sona
Xəbəri paylaş