Odessaya raket hücumu nəticəsində xəsarət alanların sayı 73 nəfərə çatıb, ölənlər arasında polis əməkdaşı da var.
Newscenter.az-ın məlumatına görə,, report “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko bildirib.
Onun sözlərinə görə, hazırda 16 nəfərin, o cümlədən Dövlət Fövqəladə Hallar Xidmətinin (DFHX) əməkdaşının öldüyü məlumdur. “Təəssüf ki, Milli Polisin şəxsi heyəti arasında da itkilərimiz var. Güclü, qorxmaz döyüşçülər idilər”, - o deyib.
Ukrayna DİN başçısı qeyd edib ki, xilasedicilər zərərçəkənlərə yardım göstərmək üçün hadisə yerinə gedərkən şəhərə yenidən raket zərbələri endirilib.