Son bir aya yaxındır Əfqanıstanda hökm sürən əlverişsiz hava şəraiti 60 nəfərin həyatına son qoyub.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə məlumatı Əfqanıstan Müvəqqəti Hökumətinin Təbii Fəlakətlər üzrə Dövlət Nazirliyi yayıb. Nazirliyin sözçüsü Molla Canan Saik jurnalistlərə açıqlamasında son 25 gündə güclü qar nəticəsində ən azı 60 nəfərin həyatını itirdiyini, 34 nəfərin isə yaralandığını bildirib.
Həmçinin, əlverişsiz hava şəraitindən 1600-dən çox evin zərər gördüyünü deyən Saik, minlərlə heyvanın tələf olduğunu da deyib.
Qeyd edək ki, keçın il Əfqanıstanda əlverişsiz hava şəraiti səbəbindən 200-ə yaxın insan həyatını itirib.
Mehman Mehdiyev