"Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən bəri keçirilən Qlobal Bakı Forumu artıq Münhen Təhlükəsizlik Konfransı, Davos Forumu kimi müasir dövrün aktual problemlərin müzakirə olunduğu əhəmiyyətli diskussiya platforması statusu alıb".
Bu fikirləri Newscenter.az-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O deyib ki Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz hər zaman daha yaxşı dünya nizamı, ədalətli dünya prinsipi üçün çalışıb və bu istiqamətdə əməli fəaliyyətlərlə yadda qalıb:
"Buna nümunə olaraq Covid 19-la mübarizə zamanı ölkəmizin oynadığı rol, hərbi-siyasi münaqişələrdən əziyyət çəkən dövlətlərə göstərdiyimiz humanitar yardımlardan bəhs etmək kifayətdir".
Mehman Mehdiyev