Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ramazanda unudaraq qida qəbul etmık orucu pozurmu?

Ramazanda unudaraq qida qəbul etmık orucu pozurmu?


Müqəddəs Ramazan ayında yaşayırıq. Bir ay boyunca Allahın buyurduğu orucu tutmaqla həm ruhumuzu, həm də cismimizi qidalandırırıq. Bəzən isə təsadüfən, yaxud bilməyərəkdən oruclu olduğun halda qida qəbul edilir. Maraqıədır, belə olan halda oruc pozulurmu?

Newscenter.az-ın xəbərinə görə, Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, elə orucluqla bağlı ən çox sual verilən məsələlərdən biri də unudaraq qida qəbul etməyin və ya su içməyin orucu pozub-pozmaması ilə bağlıdır:

"Dinimizə görə oruclu olduğunu unudaraq qida qəbul etmək və ya su içmək orucu pozmur. Bu barədə Məhəmməd Peyğəmbər (s) buyurub: "Hər kim oruclu ikən yaddan çıxararaq yemək yeyər və ya su içərsə, orucunu tamamlasın. Çünki onu Allah-Taala yedirib-içirmişdir".

Odur ki, oruclu olduğunu unudaraq qida qəbul edən və ya su içən insanlar narahat olmasınlar, oruclarına davam etsinlər. Onların orucu pozulmur".

Anar Əliyev
Xəbəri paylaş