Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Saxta dəyərlər ilə regionda sülhə töhvə vermək olmaz

Saxta dəyərlər ilə regionda sülhə töhvə vermək olmaz


"Avropa Parlamenti ikili standartlara və qərəzli açıqlamalara əsaslanan fəaliyyətini təəssüf ki, davam etdirir. Sözügedən Parlamentdə “Avropa Birliyi və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac” adlı dünən qəbul edilən yeni qərəzli qətnamə sözügedən qurumun ölkəmizə ikili münasibətini bir daha təsdiq etdi".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov səsləndirib. O deyib ki, qətnamədə siyasi etik normalardan kənara çıxan təhqiramiz ifadələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü və suverenliyini təhdid etmə cəhdlərinin olması qurumun ölkəmizə qarşı qərəzini aydın şəkildə göstərir:

"Unutmayaq ki, Azərbaycan dövləti istənilən xarici təhdidlərə və revanşist meyllərə cavab vermək gücündədir. Bu güc, sadəcə, siyasi və iqtisadi potensial ilə məhdudlaşmır, həmçinin birliyimizin yaratdığı üstünlükdür".

Millət vəkili bildirib ki, Avropa Parlamentinin qərəzli bəyanatları isə bu qurumun öz nüfuzuna xələl gətirir:

"Saxta dəyərlər ilə regionda sülhə töhvə vermək olmaz. Digər tərəfdən, Avropa Parlamentinin son qərəzli qətnamələri nəinki Azərbaycan ilə Ermənistan arasında aparılan sülh danışıqlarına kölgə salır, həmçinin regionda Avropa dəyərlərinə ciddi zərbə vurur. Dəyərləri qorumaq lazımdır, cənablar".

Süleyman
Xəbəri paylaş