Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Ermənistan sərhədində yeni hərbi təxribatlar ola bilər

Azərbaycan və Ermənistan sərhədində yeni hərbi təxribatlar ola bilər


Ermənistanda Rusiya hərbçilərinin nəzarət etdiyi Zəngəzurda-Nerkin Kənd istiqamətlərdə mürəkkəb vəziyyət var. Avropa İttifaqının mülki missiyasını Rusiya Zəngəzur istiqamətinə girişinə icazə vermir. Bu ərazilərdə Azərbaycanla sərhəddə terrorçu, Rusiya Hərbi Kəşfiyyatınə bağlı "Yerkrapa" terror təşkilatı dayanır. Ermənistanın anti -Rusiya siyasəti, Yerevan aeroportundan Rusiya sərhədçilərinin çıxarılması istiqamətində atılan addımlar Moskvada qəzəblə qarşılanır.

Rusiya Azərbaycanla şərti sərhəddə nəzarət etdiyi ərazilərdə Azərbaycana qarşı yeni hərbi təxribatlara əl ata bilər. Məqsəd Azərbaycan hücum edərək, Ermənistanı cəzalandırsın. Qərbdə Azərbaycana sanksiyalar tətbiq etsin, Ermənistanda siyasi xaos yaradaraq hər iki ölkəyə nəzarəti əldə etsin. Rusiya sülhməramlı qüvvələr adı altında Qarabağda qalması və Ermənistanda Zəngəzurda olması yeni hərbi böhrana gətirə bilər. Rusiya Azərbaycanin Zəngəzura hücum etməsində maraqlıdır. Azərbaycan buna getməyəcək.

Məhəmməd Əsədullazadə, politoloq
Xəbəri paylaş