Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi dəyişməz ənənəyə çevrilib

Azərbaycanın nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi dəyişməz ənənəyə çevrilib


Son illərdə Azərbaycanın müxtəlif profilli nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq dəyişməz ənənəyə çevrilib. O baxımdan, paytaxtda təşkil olunan XI Qlobal Bakı Forumu da bu çərçivədə keçirilən ən mühüm tədbirlərdən biridir.

Bildiyiniz kimi, bundan əvvəlki forumlarda qlobal miqyasda aktuallığı xeyli artan, barəsində “həyəcan təbili” çalınan vacib humanitar problemlər müzakirəyə çıxarılıb, fikir və təkliflər irəli sürülüb.

XI forum isə “Parçalanmış dünyanın bərpası” mövzusuna həsr olunub və əslində, bu ad müasir dünyada dərinləşən qütbləşmə, həmçinin artan toqquşmalar şəraitində çox şeydən xəbər verir.

Hər halda, inanmaq istərdik ki, bu tədbbir sadalanan qlobal problemlərin həllinə ciddi təkan verə biləcək.

Forumun əhəmiyyətinə gəldikdə, onun nüfuznu göstərən amillərdən biri də tədbirdə çox sayda həm fəaliyyətdə olan, həm də vaxtilə hakimiyyətdə olmuş dövlət və hpkumət başçılarının geniş tərkibdə təmsil olunmalarıdır. Biz də də izlədik ki, Azərbaycan prezidenti Forum çərçivəsində onların əksəriyyəti ilə faydalı müzakirələr apardı.

Əlbəttə, bu görüşlərin Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpa edilməsindən sonrakı dönəmə təsadüf etməsi aparılan müzakirələrin əhəmiyyəti haqda təsəvvür yaradır. Şübhə yoxdur ki, Bakı Forumuna qatılan nüfuzlu siyasətçilər Azərbaycanın regionda yaratdığı yeni reallıqların zəruriliyini qəbul etmiş fiqurlardır. Bu detal Forumun əhəmiyyətini qabardan xüsusi bir detaldır.

Əlabbas Məhərrəmli, siyasi ekspert
Xəbəri paylaş