Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qurban Qurbanov "Qarabağ" klubunu dünya futbolunun brendi etməyi bacardı

Qurban Qurbanov "Qarabağ" klubunu dünya futbolunun brendi etməyi bacardı


Qarabağın uğradığı, hakimlərin ikili standartlar çərçivəsində həyata keçirdikləri xüsusilə də futbol üzərində qurulan siyasət, heç də təsadüfi deyil. Hakimlərin belə haqsız qərarlar qəbul etmələri əsas verir ki, Qarabağ kimi futbol klublarının, xüsusilə də büdcəsinin aşağı səviyyədə olması ilə bağlıdır və konkret olaraq demək istəyirəm ki,müqayisədə almanların bir oyunçusunun qiyməti, bütün bir takımı təmsil edənlərin qiymətindən daha çoxdursa, artıq burda ikilistandartlardan qaçmaq asan deyil.

Qarabağ takımı dünya futbolunun hədsiz nəzarət altında olmasına rəğmən və bu sistemdə dövr edən böyük pullar qarşısında çox böyük nəticələrə imza atıb və məhz büdcəsinin azlığı, daha ucuz futbolçulara sahib olması və azarkeş azlığı və bu sistemə çox pul xərcləyən azarkeşlərin yoxluğu , hansı ki müqayisədə digər klublardan ağlasığmaz dərəcədə aşağılarda olması , bundan artıq nəticələrə imkan vermir və onların daha yaxşı yerlərə gəlməsi məhz bu səbəblərdən mümkün görünmür.

Qurban Qurbanov sözün həqiqi mənasında Qarabağ takımını dünya futbolunun brendi etməyi bacardı. Bu Qarabağı daha da inkişaf etdirmək üçün kifayət edirmi? Xeyir kifayət etmir. Çünki Qarabağın büdcəsi buna imkan vermir. Amma, Qarabağ takımı daha yüksək nəticələr göstərmək istəyənlər üçün, mükəmməl satış bazası qura bilib və bu da klubun büdcəsinə öz təsirini göstərəcək.

Çingiz Şahbazi
Xəbəri paylaş