NATO Baş katibi Y. Stoltenberqin Cənubi Qafqaza səfəri çərçivəsində Azərbaycana səfər edib. Baş katibin regiona səfəri Rusiya və Qərb arasında davam edən hərbi-siyasi konfontrasiya fonunda reallaşır. Azərbaycan ikinci Qarabağ müharibəsindən sonra regionda yeni geosiyasi reallıqlar formalaşdırıb. Məhz bu fakt NATO-nun regional maraqlarına cavab verir.
Bu səfər onu göstərir ki, Azərbaycan Qərblə təhlükəsizlik sahəsində ciddi əməkdaşlıq edir. Türkiyə faktoru burada əsas rol oynayır. NATO Baş katibinin Azərbaycana səfəri Ermənistan Azərbaycan əlaqələrində sülh imkanlarını müzakirə edəcək və Alyansın bu istiqamətdə dəstəyi reallaşa bilər. NATO Rusiyanın Azərbaycan və Ermənistan sərhəddində mümkün təxribatlarından narahatdır. Məhz bu kontekstdə Ermənistanla ciddi müzakirələr aparılacaq.
Ümumiyyətlə, Cənubi Qafqaz Rusiya ilə Qərb arasında rəqabət mərkəzi olması da istisna deyil. Bu səfər NATO Azərbaycan əlaqələrində yeni səhifə açacaq. Azərbaycan öz hərbi sahəsini NATO standartlarına uyğunlaşdırır. Bu müstəvidə NATO Azərbaycana Türkiyə vasitəsilə ciddi dəstək verə bilər.
Cənubi Qafqazda son üç ildə yaranan geosiyasi nizamı NATO qiymətləndirir və bu xüsusda Azərbaycana tam dəstək veriləcək. Bu da Qərbdə müəyyən mərkəzlərin Azərbaycana qarşı təzyiqlərini neytrallaşdırılmasına gətirib çıxara bilər.
Məhəmməd Əsədullazadə
MCP Başqan müavini