Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azad olunan ərazilərdə indiyədək 553 insan meyitinin qalıqları tapılıb

Azad olunan ərazilərdə indiyədək 553 insan meyitinin qalıqları tapılıb



İşğaldan azad olunan ərazilərdə indiyədək 553 insan meyitinin qalıqları tapılıb.

Newscenter.az xəbər verir ki, bunu Respublika Hərbi Prokurorluğunun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev Xocalıda aşkar edilmiş kütləvi məzarlığa dair brifinqdə deyib.

Onun sözlərinə görə, həmin qalıqlar Birinci Qarabağ müharibəsində itkin düşmüş sayılan şəxslərə məxsusdur.

Şöbə rəisi qeyd edib ki, 1988-ci ildən - 1994-cü il də daxil olmaqla 3 890 nəfər azərbaycanlı itkin düşüb.

E.Tağıyevin sözlərinə görə, itkin düşənlərdən 3 171 nəfəri hərbi qulluqçu, 719-u isə mülki şəxslərdir.

Baş prokurorluğun kriminalistika şöbəsinin rəisi Orxan Rzayev isə bildirib ki, aşkar edilən insan qalıqlarında zorakılıq əlamətləri var: "Meyit qalıqlarında əllərin bağlanması və zədələyən əşyalarla vurulması faktları müşayiət olunur".

Newscenter.az
Xəbəri paylaş