"NATO Baş katibi Stoltenberqin
Azərbaycana Cənab Prezident tərəfindən dəvət olunması ilə etdiyi səfər ilk növbədə Azərbaycanın Avroatlantik məkanla əlaqələrdə maraqlı olmasını isbat edir. Azərbaycan-NATO əlaqələri hər zaman işgüzar səviyyədə olub".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, dünyada qütbləşmə getdiyi bir zamanda Azərbaycanın NATO Baş katibini qəbul etməsi əslində bütün qütblərə mesaj xarakteri daşıyır:
"Azərbaycanın bütün qütblərlə əməkdaşlıqda maraqlı olduğunu göstərir.
NATO-nun Azərbaycan-Ermənistan arasında danışıqlar və sülh müqaviləsi bağlanması prosesinə bilavasitə töhvə vermək imkanı nisbi xarakter daşıyır. NATO daha çox Ermənistanın təhlükəsizlik anlayışına dəqiqlik gətirə bilər. Belə ki, NATO Ermənistanı Azərbaycan və Türkiyənin adından inandıra bilər ki, onun təhlükəsizliyi əslində bu iki ölkə ilə əməkdaşlıq və inteqrasiyadan keçir, eyni zamanda, Azərbaycan və Türkiyənin Ermənistanın təhlükəsizliyinə qarşı heç bir iddiası yoxdur. Azərbaycan sadəcə inteqrasiya üçün bütün yolların açılmasında maraqlıdır.
Bu baxımdan NATO Baş katibinin Cənubi Qafqaz ölkələrinə səfəri regionda olan inam mühitinin artırılması baxımından rol oynayır".
Süleyman