Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan, NATO - nun əsas marağında olan ölkələrdəndir

Azərbaycan, NATO - nun əsas marağında olan ölkələrdəndir


"Azərbaycan uzun müddətdir ki, NATO ilə sıx əməkdaşlıq edir. Dövlətimiz NATO - nun " Şərq naminə tərəfdaşlıq " proqramında fəal iştirak edir. Azərbaycan NATO - nun sülhməramlı missiyasının tərkibində dünyanın qaynar nöqtələrində - İraqda, Əfqanıstanda sülhyaratma missiyasına iştirak etmişdir. Ordumuz hazırda NATO standartları çərçivəsində qurulur. Hərbi təşkilatın ikinci ən böyük gücü olan Türkiyə ilə geniş hərbi əməkdaşlıq mühitindəyik. Belə olan halda dünənki səfəri əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində irəliyə doğru atılmış addım kimi dəyərləndirə bilərik".

Bu fikirləri Newscenter.az-a politoloq Zeynal Əmrəliyev NATO Baş katibinin Azərbaycana səfərini şərh edərkən səsləndirib. O deyib ki, səfər zamanı Yens Stoltenberq də münasibətləri yüksək səviyyədə dəyərləndirdi:

"Hazırda regionda NATO ilə ən düzgün münasibət quran ölkə məhz Azərbaycandır. Biz heç vaxt NATO - ya daxil olmağı planlaşdırmamışıq. Eyni zamanda bu təşkilatla ən düzgün əməkdaşlıq edən ölkə də məhz Azərbaycan olmuşdur. Stoltenberq COP 29 - un önəmindən danışdı və Azərbaycanın ev sahibliyi etməsini yüksək qiymətləndirdi".

Zeynal Əmrəliyev deyib ki, bu gün Azərbaycan təkcə dünyanın etibarlı enerji daşıyıcısı deyil, eyni zamanda qlobal ekoloji siyasətində əsas icraçılarından biridir:

"Azərbaycan alternativ enerji mənbələrindən istifadəni də təbliğ edir və bu istiqamətdə ölkəmizdə də mühüm işlər görülür. Həmçinin biz işğaldan azad edilmiş ərazilərdə yeni salınan yaşayış massivlərində ekoloji tarazlığın, meşə massivinin bərpası istiqamətində də yüksək səviyyədə iş görürük. Həm bu cür mötəbər təşəbbüslər və dünya əhəmiyyətli qlobal bir samirin ev sahibi kimi, həm də torpaqlarını öz gücü hesabına azad etmiş və regionun ən büyük ordusuna sahib ölkə kimi Azərbaycan, NATO - nun əsas marağında olan ölkələrdəndir".

Süleyman
Xəbəri paylaş