Birləşmiş Ştatlar prezidenti Co Baydenlə İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzadakı son vəziyyəti müzakirə ediblər.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, iki lider arasında 45 dəqiqəlik telefon danışığı zamanı Netanyahu qeyd edib ki, o, Baydenlə Qəzzada baş verən son hadisələri və İsrailin bütün məqsədlərinə çatmaq əzmini müzakirə ediblər.
Sözügedən məqsədləri "HƏMAS-ın aradan qaldırılması, bütün məhbusların azad edilməsi və Qəzzənin artıq İsrail üçün təhlükə olmamasının təmin edilməsi" olaraq sıralayan Netanyahu həmçinin Qəzzaya "bu məqsədlərə çatmağa kömək edəcək lazımi humanitar yardımı" təqdim edəcəklərini bildirib.
Mehman Mehdiyev