"Çanaqqala zəfəri Türk tarixinin şanlı, şərəfli səyfəsidir. Bu zəfər Britaniya və müttəfiq ordularına türk gücünü, əzmini və iradəsini göstərdi".
Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən politoloq Pərviz Əliyev deyib ki Atatürk türk mehmetcigi ilə burada sadəcə böyük zəfər əldə etmədi, həmçinin Çörçill başda olmaqla bir sıra ingilis dövlət adamlarının siyasi kariyeralarını bitirdi:
"Çanaqqala savaşını oxuyarkən daim istiqlal və vətən şairi mərhum Mehmet Akif Ersoyun Çanaqqala şəhidləri şeirini böyük sevgi ilə yad edirəm. Bu şeirdə Akif Çanaqqala şəhidlərini Bədr səhabələrinə bənzədir. Çünki Bədr İslamın var olma, yox olma mübarizəsi, küfr və töhvidin savaşıdır. Çanaqqala savaşıda türkün, İslamın mövcudluğu savaşı idi".
Anar Əliyev