“Ermənistan vaxt uzatmaqla məşğuldur. Bu ölkə öz keçmiş ənənəsinə sadiq qalaraq Azərbaycanla sülh müqaviləsi imzalamaqdan yayınır”.\
Bu fikirlər “Xəbər Mərkəzi” Analitik Qrupun açıqlamasında yer alıb. Analitik Qrupdan Newscenter.az-a bildirilib ki, mövcud vəziyyət isə regionda gərginliyi hər ötən gün daha da artırır:
“Pararlel olaraq Ermənistanın sürətlə silahlanması da regionda yeni bir münaqişə riskini artırır. Təəssüflər olsun ki, başda Fransa olmaqla bəzi Avropa ölkələri də bu gərginliyin yaranmasından yanadırlar”.
Analitik Qrup hesab edir ki, vəziyyətin getdikcə mürəkkəbləşməsi şərti sərhəd xəttində yeni qarşıdurma olacağını qaçılmaz edir.
Anar Əliyev